Bakıda hotel direktoru “parkovşik”i söydü: Həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda fəaliyyət göstərən hotellərdən birinin icraçı direktoru “parkovşik”i
söydüyü üçün həbs olunub.
“Qaynarinfo”nun məlumatına görə, hadisə Nərimanov rayonu, Y.V.Çəmənzəminli
küçəsində qeydə alınıb.
Belə ki, parklanmaya nəzarət edən şəxs 1994-cü ildə Gəncə şəhərində anadan
olmuş, hotel direktoru çalışan Sənan Vəliyevdən (ad-soyad şərti) idarə etdiyi
evakuatoru parkinqdə saxlamamasını, maşını ərazidən çıxarmasını tələb edib.
Lakin Sənan həmin şəxsin tələbinə məhəl qoymayıb və aralarında mübahisə
yaranıb. Bu zaman Sənan parkinqə nəzarət edən şəxsin ünvanına nalayiq ifadələr
işlədib.
Polis tərəfindən saxlanılan hotel direktoru barəsində İnzibati Xətalar
Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə
göndərilib. Məhkəmənin qərarı ilə Sənan barəsində 10 gün müddətinə inzibati
həbs növündə tənbeh tədbiri tətbiq edilib.