Bakıda iki sərnişin avtobusu toqquşub.
Səhiyyə Nazirliyindən ÇıxışYolu.Com-a bildirilib ki, hadisə Yeni Ramana yolunda, Pedaqoji Kollecin yaxınlığında baş verib:
“Hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. Altı qadın Təcili Tibbi Yardım avtomobili, bir qadın isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar”.
Nazirlikdən qeyd edilib ki, onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir.
İlhamə Əbülfət