d060a465-91ef-45d8-bacc-1e4fd826928d..jpg

Bakıda iki avtomobil toqquşdu, biri aşdı – VİDEO

Baxış sayı: 994 dəfə baxılıb.

Bakıda qırmızı işıqda keçən BMW qəza törədib aşdı: Xəsarət alan var – VİDEO

Paytaxtın 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, iki minik avtomobili toqquşub. Zərbənin təsirindən nəqliyyat
vasitələrindən biri aşıb.

Qəza ilə bağlı Cixisyolu.com-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin
polis mayoruAraz Əsgərli bildirib ki, bu gün saat 15:00-da BMW markalı
avtomobil işıqforun qırmızı işığından keçib və “Toyota Camry” markalı
avtomobillə toqquşub:

“Daha sonra BMW markalı avtomobil dirəyə çırpılıb. Baş verən hadisə zamanı
xəsarət alan var. Araşdırma aparılır”.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, qəza zamanı təhlükəsiz şəhər kamerası da
yararsız vəziyyətə düşüb.

Həmin qəza yerindən görüntüləri təqdim edirik:

İlhamə Əbülfət

Source link