4aae287c-621c-491f-9d35-52a79bbc2b6f.jpg

Bakıda iki azyaşlı körpəsi olan qadın ərini ÖLDÜRDÜ – DETALLAR

Baxış sayı: 34 dəfə baxılıb.

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki binalardan birində baş
vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

Belə ki, aralarında yaranan mübahisə zamanı 37 yaşlı Raidə Mahmudova həyat
yoldaşı 38 yaşlı Hacı Mahmudovun başına küt alətlə çoxsaylı zərbələr endirərək
onu qətlə yetirib.

Binanın komendantı Cəfər Məmmədovun sözlərinə görə, ailə ilə bağlı daha əvvəl
heç vaxt şikayət eşitməyib:

“Mehriban, sakit insanlar idilər. İl yarımdır ki, burada yaşayırdılar. İki
azyaşlı övladları var. Dindar ailə idilər, xanım da hicablıdır”.

Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Xətai Rayon
Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər
vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə
cinayət işi başlanaraq istintaq aparılır. Raidə Mahmudova iş üzrə şübhəli şəxs
qismində saxlanılıb.

Ətraflı Baku TV-nin süjetində:

Bakıda iki azyaşlı körpəsi olan qadın ərini ÖLDÜRDÜ –
DETALLAR
Bakıda iki azyaşlı körpəsi olan qadın ərini ÖLDÜRDÜ – DETALLAR

24 oktyabr, 15:32

Oktyabrın 24-də saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı
il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə Xətai Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları
mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə
küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində
sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən
sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.

Bakıda iki azyaşlı körpəsi olan qadın ərini ÖLDÜRDÜ –
DETALLAR
Bakıda iki azyaşlı körpəsi olan qadın ərini ÖLDÜRDÜ – DETALLAR

Source link