25b4f151-cd5a-4ea4-8438-f99a4c7c9e59..jpg

Bakıda iki “KamAZ” qaçırılıb

Baxış sayı: 550 dəfə baxılıb.

Bakıda iki “KamAZ” qaçırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı
avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis
İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə
nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən
Fətəliyev saxlanılıb.

Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı
kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum
olunmuş Urfan Əhmədovu da müəyyən edərək saxlayıblar.

E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAZ” markalı
avtomobili qaçırması da müəyyən olunub.

Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində
tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link