Bakıda iki nəfəri avtomobillə vurub öldürən gürcüyə cəza istənildi

Bakıda iki nəfəri avtomobillə vurub öldürən gürcüyə cəza istənildi

Baxış sayı: 2. 902 dəfə baxılıb.

Bakıda iki nəfəri avtomobillə vurub öldürən gürcüyə cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, T. Kakabidzenin cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib. 

Prokuror təqsirləndirilən şəxsin səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, hadisə bu il aprelin 21-i saat 01:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com