c2546bb3-2a73-4f3b-b46e-2cf9127264c7..jpg

Bakıda iki narkokuryerdə heroin və metamfetamin aşkar olunub – FOTO/VİDEO

Baxış sayı: 433 dəfə baxılıb.

Bakıda iki narkokuryerdə heroin və metamfetamin aşkar olunub – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş
Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı T.Quliyevdən iki kiloqram heroin, 300 ədəd
psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və
metamfetamin aşkar edilib. Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə
cəlb olunduğunu bildirib.

Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması
istiqamətində araşdırmalar davam etdirilir.


Source link