Xəzər rayonunun Türkan qəsəbəsində azyaşlı qıza qarşı cinsi qısnama xarakterli
hərəkətlər edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan bir qıza
qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə cinayət işi başlanılıb.
Qeyd edilən əməli törədən paytaxt sakinləri 20 yaşlı İ.Məmmədov, qardaşı 22
yaşlı E.Məmmədov və tanışları 19 yaşlı A.Məmmədov şübhəli şəxs qismində
saxlanılaraq istintaqa cəlb ediliblər.
Hazırda araşdırmalar davam etdirilir.