fb713986-4223-4db1-940f-0a6a1bf7052b..jpg

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb

Baxış sayı: 1. 083 dəfə baxılıb.

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, martın 28-də və 30-da bir vətəndaşın 9 845 manatının, digər
vətəndaşın isə 9 900 manatının bank hesablarından oğurlanması barədə polisə
məlumatlar daxil olub.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli
rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link