1f4dd1bb-5c99-4b44-b639-553c46c5996f..jpg

Bakıda iki yaşlı oğlunu boğazından bıçaqlayan kişinin istintaqı başa çatıb

Baxış sayı: 987 dəfə baxılıb.

Bakıda iki yaşlı oğlunu boğazından bıçaqlayan kişinin istintaqı başa çatıb

Bakıda iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun
cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar
baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 23-də Səbail rayon ərazisində qeydə
alınıb. Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il
təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz
edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi
yardım göstərildikdən sonra saxlanılıb.

Source link