Suraxanı rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə sentyabrın 7-də, 19:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1V ünvanında baş verib.
2016-ci il təvəllüdlü Hüseynova Ayan Elnur qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.
Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət