Bakıda İlham Əliyevin qələbəsini qeyd edirlər - VİDEO

Bakıda İlham Əliyevin qələbəsini qeyd edirlər – VİDEO

Baxış sayı: 2. 384 dəfə baxılıb.

Bu gün, aprelin 11-də, prezident seçkiləri ilə əlaqədar “exit-poll”ların ilkin nəticələrini açıqlandıqdan sonra paytaxt sakinləri küçələr axışıblar və İlham Əliyevin qələbəsini qeyd ediblər.

ÇıxışYolu.Com-ın xəbərinə görə, yüzlərlə insan “Qoşa qala qapısı”ndan “Fəvvarələr meydanı”na, daha sonra “Sahil bağı”na yürüş ediblər.

Yürüşdən sonra konsert proqramının təşkil ediləcəyi bildirilir.

Qeyd edək ki, “exit-poll”ların nəticəsinə görə, İlham Əliyev 80 faizdən yuxarı səs toplayıb. Bu, ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb.

Ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri (ümumi seçicilərin 74.5%-i) səsvermədə iştirak edib.

www.ÇıxışYolu.Com