Bakıda ilin son gimnastika çempionatları keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda ilin son gimnastika çempionatları keçiriləcək.
Bu barədə Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı
birinciliyi, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi ilin
son milli yarışları olacaq.
Dekabrın 10-da Milli Gimnastika Arenasının köməkçi zalında keçiriləcək yarışda
ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) mübarizəyə qoşulacaq.
Tamblinq yarışında uşaqlar (2013-15), yeniyetmələr (2011-12), gənclər
(2007-10) və böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş
kateqoriyaları üzrə mübarizə aparacaqlar. Qaliblər təsnifat mərhələsində iki
çıxışın cəminə əsasən müəyyənləşəcək.
Batutda isə fərdi çoxnövçülükdə balacalar (2016), uşaqlar (2013-15),
yeniyetmələr (2011-12), gənclər (2007-10), böyüklər (2006-cı il və daha böyük
təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. İştirakçılar
uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında sinxron proqramda da
qüvvələrini sınayacaqlar.