Bakıda ilk əlaqələndirici prospekt yaradılacaq

Bakıda ilk əlaqələndirici prospekt yaradılacaq

Baxış sayı: 2. 915 dəfə baxılıb.

Bakıda ilk əlaqələndirici prospekt yaradılacaq

Bakı Ağ Şəhər layihəsi çərçivəsində 80 metr enində yeni əlaqələndirici prospektin layihələndirilməsi başlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, agentlik tərəfindən Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir.

Eni 80 metr olan prospekt paytaxtın mühüm nəqliyyat arteriyaları olan Nobel prospekti, Babək prospekti, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospektini və gələcəkdə inşa olunması planlaşdırılan yeni Bulvar yolunu birləşdirərək, bu növ ilk prospekt olacaq. 

Layihələndirilən yeni yolda Nobel və Babək prospektlərinin kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi nəzərdə tutulur. 

Bakı Ağ Şəhərin Olimpiya kvartalından başlayan bu prospekt boyunca geniş yaşıllaşdırılmış piyada səkiləri və velosiped zolaqları layihənin ümumi konsepsiyasına uyğun olaraq planlaşdırılıb.

Sakinlərin alternativ nəqliyyat vasitələrindən rahat istifadəsi üçün sözügedən yolda inşası nəzərdə tutulmuş “Ağ Şəhər 2” metrostansiyasına, yeraltı piyada yollarına, eləcə də, taksi və avtobus dayanacaqlarına keçidlər nəzərdə tutulub. 

Hazırda Nobel prospekti boyunca Zığ şosesinə qədər olan ərazilərin Ağ Şəhər layihəsilə uzlaşdırılması işləri Ağ Şəhər mütəxəssisləri ilə birlikdə Böyük Britaniyanın “Atkins Global” şirkəti tərəfindən aparılır.