Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.
“Report” xəbər verir ki, bu, Avropa Gimnastikasının təşəbbüsü ilə reallaşacaq.
Yeni formatı ilə fərqlənəcək yarışın proqramına “çarpaz qarşılaşmalar”
salınıb. Bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə
yüksəlmələri üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdıqları
mübarizədir.
Yarışda mükafat fondu olacaq və qalibləri mükafatlandırma qaydaları mövcuddur.
Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün
açıq olacaq. Nüfuzlu turnirdə çoxnövçülük, komanda hesabı və fərdi proqramda
final yarışları keçiriləcək. Yarışda təkcə böyüklər deyil, gənclər də iştirak
edəcəklər.
Qeyd edək ki, Avropa Kuboku 2024-cü il martın 29-dan 31-dək Milli Gimnastika
Arenasında təşkil ediləcək.