Bakıda internet və rabitə xətlərini oğurlayanlar saxlanıldılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Paytaxtın iki rayonunda rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə
polisə məlumatlar daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Cixisyolu.com-a məlumat
verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində rabitə kabellərini
kəsərək oğurlamaqda şübhəli bilinən Elmir Mirzəyev saxlanılıb.
Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisindəki telefon qovşağı dirəklərində
quraşdırılan rabitə kabellərinin də oğurlanması barədə polisə məlumat daxil
olub.
Hadisəni törətməkdə şübhəli bilinən Ramil Cəfərov saxlanılıb.
Araşdırmalarla saxlanılanların əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli
cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.