Bakıda intihara cəhdin qarşısı alınıb – YENİLƏNİB

Bakıda intihara cəhdin qarşısı alınıb – YENİLƏNİB

Baxış sayı: 3. 557 dəfə baxılıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

ÇıxışYolu.Com nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

00:52

Bakıda intihara cəhd olub.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, Xətai rayonu ərazisində, Xocalı küçəsində bir nəfər doqquzmərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atmaq istəyib.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır. 

www.ÇıxışYolu.Com