1fcdad2e-f3ff-4ed7-a2dd-d5a2e76c651d..jpg

Bakıda “İranlı Əli” adlı narkotacirin əlaltısı həbs edilib – FOTO/VİDEO

Baxış sayı: 1. 001 dəfə baxılıb.

Bakıda “İranlı Əli” adlı narkotacirin əlaltısı həbs edilib – FOTO/VİDEO

Bakıda “İranlı Əli” adlı narkotacirin əlaltısı həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin
əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Polisə Tamerlan adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata
keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – əvvəllər məhkum olunmuş
Tamerlan Əliyev – tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən üç
kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə “Əli” kimi tanıdığı
İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.

T.Əliyevlə İran vətəndaşının cinayət əlaqəsi əməliyyat-texniki tədbirlərlə tam
sübuta yetirilib.

Aşkar edilən faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar
Nərimanov Rayon Polis İdarəsinə göndərilib.


Source link