Bakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEO

Bakıda iş mərkəzindəki yanğın söndürülüb – YENİLƏNİB + FOTO + VİDEO

Baxış sayı: 2. 669 dəfə baxılıb.

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə ÇıxışYolu.Com-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 

13:46

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb.

ÇıxışYolu.Com-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın aşağı mərtəbələrində alovun qarşısını almaq mümkün olub, lakin yuxarı mərtəbələrdə yanğın hələ tam söndürülməyib.

13:12

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli binada baş verən yanğın aşağı mərtəbələrə keçib.

Bu barədə ÇıxışYolu.Com-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Hadisə yerinə 6 yanğınsöndürən briqada cəlb olunub.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib.

Bakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEOBakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEO

12:59

Bakının mərkəzində hündürmərtəbli binada yanğın başlayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEOBakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEOBakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEOBakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEO

12:44

Bakının Xətai rayonunda hündürmərtəbəli binada yanğın başlayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, tüstülənmə binanın üst mərtəbəsində qeydə alınıb.

Bildirilir ki, hadisə yerinə  hələlik yanğınsöndürənlər gəlməyib.

Bakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEOBakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEOBakıda iş mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB + FOTO + VİDEO

Foto və video: Abiddin Həşimov, Rəna Hüseynova
www.ÇıxışYolu.Com