Bakıda islamofobiya ilə mübarizə mövzusunda beynəlxalq elmi konfransın ikinci
günü başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə”
mövzusunda keçirilən beynəlxalq elmi konfransın ikinci günü başlayıb.
Cixisyolu.com xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs
Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə ayrı-ayrı
panel müzakirələr nəzərdə tutulub.
Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq
təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak edirlər.
Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri,
dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alırlar.