Bakıda “Jeep”lə vurulan qadın ölüb

Bakıda “Jeep”lə vurulan qadın ölüb

Baxış sayı: 2. 129 dəfə baxılıb.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, mayın 3-də, saat 22:00 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüqar Ağayev idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Natella Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com