Bakıda kafe sahibindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən
şəxslərə hökm oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda kafe sahibindən hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən
Sakit Əlişov və Şahin Quliyevə hökm oxunub.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxslər Sakit Əlişov və Şahin Quliyevin hər
biri 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, prokuror Ziya Mansurov hər iki təqsirləndirilən şəxsin 13 il
müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Qeyd edək ki, Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin
Quliyev Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin
başına dəmir parçası ilə xəsarət yetiriblər. Daha sonra onun azyaşlı oğlunu
stula bağlayıb bıçaqla hədələyərək 200 000 manat verilməsini tələb ediblər.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb
etmə) maddəsi ilə ittiham irəli sürülüb.