Bakıda kafedə qətllə bağlı bir nəfərin həbs müddəti uzadıldı

Bakıda kafedə qətllə bağlı bir nəfərin həbs müddəti uzadıldı

Baxış sayı: 3. 208 dəfə baxılıb.

Bakıda kafedə qətllə bağlı bir nəfərin həbs müddəti uzadıldı

Sabunçu rayon Məhkəməsində qanunsuz olaraq soyuq silah gəzdirməkdə və qətldə təqsirləndirilən Hikmət Abbasquliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara görə, istintaq orqanının vəsatəti təmin olunub və H.Abbasquliyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri iki ay müddətinə artırılıb.  

Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində, məcburi köçkünlərin “Şuşa şəhərciyi”nin ərazisindəki “Naxçıvan” kafesində bu ilin avqustun 9-da silahlı insident olub.

Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Gecə saat 22:00 radələrində naməlum şəxs “Kalaşnikov” markalı avtomatla kafeyə daxil olaraq atəş açıb. 

Bakı şəhər sakinləri — əvvəllər Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Namiq Məhərrəm oğlu Allahverdiyevə və 1984-cü il təvəllüdlü Elxan Kərimova xəsarət yetirib. 

Nəticədə, Namiq Allahverdiyev ölüb, Elxan Kərimov isə ağır yaralanaraq 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!