7065d48f-4bc9-4cbe-809d-69a815e17b37..jpg

Bakıda kafedən oğurluq edən şəxs saxlanılıb

Baxış sayı: 421 dəfə baxılıb.

Bakıda kafedən oğurluq edən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Səbail rayonunda kafedən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən Cixisyolu.com-a məlumat verilib.

Bildirilib ki, aprelin 11-də paytaxtın Səbail rayonu ərazisində yerləşən
kafelərin birindən içərisində 530 manat, 2000 manat dəyərində üzük, bank kartı
və sənədlər olan çantanın oğurlanması barədə rayon polis idarəsinin 39-cu Polis
Bölməsinə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən
Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş
Mahir Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link