15b6b30f-d133-4a76-ad4f-b5db1b747545..jpg

Bakıda kafeyə basqın: Sahibkarın azyaşlı oğlunu qaçırıb 200 min manat tələb etdilər

Baxış sayı: 1. 059 dəfə baxılıb.

Bakıda kafeyə basqın: Sahibkarın azyaşlı oğlunu qaçırıb 200 min manat tələb
etdilər

Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində
yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət
yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla
hədələnib 200 000 manat verilməsinin tələb olunduğu və sonradan 20 000 manat
müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini
Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq
saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə)
ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Source link