Bakıda kanalizasiya qapaqlarını oğurlayan saxlanılıb - FOTO

Bakıda kanalizasiya qapaqlarını oğurlayan saxlanılıb – FOTO

Baxış sayı: 2. 688 dəfə baxılıb.

Bakıda yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər Rayon Polis İdarəsinə Aeroport-Buzovna istiqamətində yol kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 102 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə şikayət ərizəsi daxil olub.

Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cavidan Cabbarov tutulub. Saxlanılan şəxs ifadəsində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Polis Şöbəsində C.Cabbarovun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman narkotik maddə olan 0,254 heroin də aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

www.ÇıxışYolu.Com