Bakıda kanalizasiya suları zirzəmiyə dolub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Nizami rayonunda doqquz mərtəbəli yaşayış binasını üfunət bürüyüb.
Belə ki, Cəmşid Naxçıvanski küçəsində yaşayan sakinlər binanın zirzəmisinə
dolan kanalizasiyadan şikayətçidir.
Onların sözlərinə görə, bu problem aylardır ki var, hətta havanın isti keçdiyi
günlərdə kəskin qoxu ətrafı bürüyür.
Sakinlər onu da bildirib ki, bəzi günlərdə zirzəmiyə yığılan kanalizasiya
suyunun səviyyəsi yarım metrə çatır.
“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: