54c7db50-a06b-42f1-ac12-384ab3a0c71d..jpg

Bakıda “Karyera Mərkəzlərinin II Strateji İnkişaf Konfransı” keçirilib – FOTO

Baxış sayı: 700 dəfə baxılıb.

Bakıda “Karyera Mərkəzlərinin II Strateji İnkişaf Konfransı” keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Məşğulluq Agentliyi Bakı Ali Neft Məktəbi ilə birgə “Karyera Mərkəzlərinin II
Strateji İnkişaf Konfransı” keçirib.

“Report ” xəbər verir ki, konfransda Dövlət Məşğulluq Agentliyinin İdarə
Heyətinin sədri Mustafa Abbasbəyli, elm və təhsil nazirinin müşaviri Nicat
Məmmədli, rektorlar və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar
Qasımov bildirib ki, konfransın əsas məqsədi karyera planlaması və karyera
mərkəzlərinin inkişafı istiqamətində aparılan islahatları təbliğ etmək,
məzunların əmək bazarına inteqrasiyası istiqamətində yerli və beynəlxalq
təcrübələrlə tanış olmaq və onların tətbiqi mexanizmlərini formalaşdırmaqdır.

Onun sözlərinə görə, konfrans universitetlərin karyera mərkəzləri arasında
əlaqələrin inkişafına və genişlənməsinə dəstək olacaq, ali təhsil
müəssisələrinin nüfuzunun yüksəlməsində karyera mərkəzlərinin rolunu nəzərdən
keçirilməsinə töhfə verəcək:

“Bizim bir şüarımız var: Biz iş axtarmırıq, iş bizi axtarır. Ali məktəbin
üzərinə düşən ən mühüm vəzifələrdən biri onların əmək bazarına hazırlanması.
Universitetlər keyfiyyətli kadr hazırlanmasına böyük önəm verməlidir. Belə olan
təqdirdə Dövlət Məşğulluq Agentliyinin yükü də müəyyən mənada azalmış olur.
Karyera mərkəzləri ölkəmiz üçün ən vacib strateji amildir. Karyera
mərkəzlərinin fəaliyyətinə dəstək olmaq lazımdır ki, gözləntilər də yüksək
olsun”.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək
bazarının müxtəlif transformasiyalara məruz qalaraq dəyişdiyini, qloballaşan
əmək bazarının bizim qarşımızda yeni çağırışlar qoyduğunu bildirib. Sədr
vurğulayıb ki, Agentliyin əsas istiqamətlərindən biri də əmək bazarının
araşdırılması və bu sahədə yanaşmanın müasir tələblərə uyğun olaraq müəyyən
edilməsidir:

“Karyera mərkəzləri tələbələri əmək bazarına hazırlamalıdır. Aparılan
təhlillərin nəticəsi olaraq əmək bazarında tələb və təklif arasında ciddi
uyğunsuzluqlar var. Bunun aradan qaldırılması üçün əmək bazarı ilə təhsil
sisteminin sintezinin ortaya qoyulması və karyera planlaması vacibdir.
Peşəyönümlü məsləhət xidməti sahəsində bir sıra yeni layihələrin – “Peşələr
atlası”, “Məzunların məşğulluq reytinqi” platforması önəmlidir. Peşəyönümlü
məsləhət xidməti və karyera planlamasının rolunun artırılması istiqamətində
işlər davam edir”.

M.Abbasbəyli universitetlərdə fəaliyyət göstərən karyera mərkəzlərinin
əhəmiyyətindən danışaraq Agentliyin bu mərkəzlərlə yaxından əməkdaşlıq
etdiyini, uğurlu nəticələrin əldə edildiyini qeyd edib.

Daha sonra Agentlik tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”
platformasının və “Karyera Mərkəzlərinin Standartları” ilə bağlı tövsiyə
sənədinin təqdimatı olub.

Toplantı “Karyera mərkəzlərinin strateji inkişaf vizyonu” paneli üzrə “Əmək
bazarına keçiddə Karyera Mərkəzinin rolu”, “Karyera Mərkəzləri: Hədəf qrupları
ilə iş”, “Karyera Mərkəzlərinin strateji inkişafında yeni çağırışlar”
mövzularında çıxışlar və müzakirələrlə davam edib.

Source link