Paytaxtın Suraxanı rayonu ərazisindəki marketlərin birinə basqın olub.
Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla məlum olub ki, oktyabrın 25-də, saat 22:00 radələrində mağazaya girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elməddin Bayramov olduğu müəəyn edilib.
Faktla bağlı araşdırma aparılır.