Bakıda keçiriləcək Avroliqanın finalına biletlərin qiyməti açıqlandı

Baxış sayı: 2. 353 dəfə baxılıb.

Bakıda keçiriləcək Avroliqanın finalına biletlərin qiyməti açıqlandı

2018/2019 mövsümü UEFA Avropa Liqasının finalında satışa çıxarılacaq biletlərin qiymətlərinə aydınlıq gətirilib.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, biletlər martın 7-8-dən etibarən onlayn şəkildə satışa çıxarılacaq.

Ən ucuz bilet 35 avroya (67 manat) olacaq. Ən bahalı biletin qiyməti isə 135-170 (260-327 manat) avro dəyərində müəyyənləşəcək.

VIP biletlər isə artıq UEFA tərəfindən satışdadır. Qiymət 600 avroyadır.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final mayın 29-da baş tutacaq. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!