d2cc9124-2208-48bb-a535-f5f5c1cc0e6c..jpg

Bakıda keçiriləcək Avropa çempionatının püşkü atılıb

Baxış sayı: 835 dəfə baxılıb.

Bakıda keçiriləcək Avropa çempionatının püşkü atılıb

Bakıda təşkil olunacaq bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü
atılıb.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, mərasim
“Şahdağ” yay-qış turizm mərkəzində baş tutub.

Tədbirdə Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsinin
prezidenti Yevangeliya Trikomiti, komitə üzvləri Yelena Aliprandi, Yevgeniya
Vilyayeva, Eliso Bedoşvili, Aleksanda Piskupesku, İzabel de Kossio, Kristiana
Todorova, AGF-nin İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini
Mariana Vasileva, AGF-nin baş katibi Nurlana Məmmədzadə, idman direktoru
Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.

Qeyd edək ki, yarış 17 – 21 mayda gerçəkləşəcək. Bu, Azərbaycanın bədii
gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatıdır.

Source link