Bakıda keçiriləcək dünya çempionatının saytı istifadəyə verildi

Baxış sayı: 2. 838 dəfə baxılıb.

Bakıda keçiriləcək dünya çempionatının saytı istifadəyə verildi

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi saytı istifadəyə verilib. 

ÇıxışYolu.Com xəbər verir ki, http://worldjudo2018.com saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Saytda ana səhifə, rəsmi, xəbərlər, təqvim və nəticələr bölməsi yer alıb. Azarkeşlərin dünya çempionatına bilet sifariş etmələri üçün də müvafiq bölmə mövcuddur. 

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüsyenzadənin salamlama nitqləri də saytda yer alıb.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20-27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

S.M.
www.ÇıxışYolu.Com