Bakıda keçiriləcək finalın açılış mərasimində məşhur müğənni oxuyacaq

Baxış sayı: 2. 809 dəfə baxılıb.

Bakıda keçiriləcək finalın açılış mərasimində məşhur müğənni oxuyacaq

“İngiltərə futbolu üçün necə də gözəl gündür. Doğma Londonumun iki klubunu Avropa Liqasının finalında görmək xoşdur. Belə bir imkanı qazanmaq, sadəcə, xəyal idi. Belə nəhəng səhnədə çıxış etmək imkanı insana görünməmiş hisslər bəxş edir. Finalda Londonun iki komandasının oynaması faktı isə ingiltərəli fanatlar üçün, sadəcə, ağlasığmazdır”. 

 Bunu məşhur britaniyalı musiqiçi Conas Blu UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

İngilis müğənni mayın 29-da  “Arsenal” və “Çelsi” komandaları arasında Bakı Olimpiya Stadionundakı final matçının açılış mərasimində çıxış edəcək . Konsertdə Conas Blunu  150 yerli rəqqas müşayiət edəcək.

Blu son iki ildə populyarlığının pik həddindədir. 29 yaşlı ifaçı indiyədək 40 milyonadək sinqlini satıb. O həm də Böyük Britaniyanın ən tanınmış DJ-lərindəndir.