Bakıda keçiriləcək mötəbər yarışın ulduz səfirləri təqdim olundu

Bakıda keçiriləcək mötəbər yarışın ulduz səfirləri təqdim olundu

Baxış sayı: 2. 276 dəfə baxılıb.

Bakıda keçiriləcək mötəbər yarışın ulduz səfirləri təqdim olundu

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri ictimaiyyətə təqdim olunub.

ÇıxışYolu.Com xəbər verir ki, ulduz səfirlər xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran, məşhur muğam ifaçıları – Mirələm Mirələmov və Kamilə Nəbiyeva, eləcə də istedadlı müğənni Tofiq Hacıyev və “O səs Türkiyə” yarışmasının finalisti Leyla Rəhimovadır.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyət üzvləri gələcək. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.