Bakıda keçiriləcək paracüdo üzrə Qran-Prinin mükafat fonduna aydınlıq gəlib.
ÇıxışYolu.Com-ın araşdırmasına görə, mükafat fondu 27 300 dollardır.
Belə ki, birinci yer tutan idmançıya qızıl medaldan başqa, diplom və 1000 dollar pul veriləcək. İkinci yerin sahibi gümüş medal, diplom və 500 dollara sahib çıxacaq. Üçüncü pilləni tutan iki idmançının isə hər biri bir bürünc medal, diplom və 300 dollar alacaq.
Nəzərə alaq ki, Tokio Paralimpiya Oyunlarına lisenziya verən yarışda qadınlar altı çəki dərəcəsi (-48, -52, -57, -63, -70, +70 kq) üzrə yarışacaq. Kişilər isə yeddi çəki dərəcəsində (-60, -66, -73, -81, -90, -100 və +100 kq) mübarizə aparacaq.
Beləliklə, 13 çəki dərəcəsi üzrə qaliblərə 13 min dollar veriləcək. 13 gümüş medalçıya isə ümumilikdə 6500 dollar təqdim ediləcək. Cüdo və paracüdo yarışlarında iki bürünc medalçı olduğunu, 26 qalibin hər birinə 300 dollar verildiyini nəzərə alsaq, bu rəqəm 7800 dollar edir.
Səbuhi MUSAYEV