ffccdaa7-d63a-468c-8660-1d2904a32c60..jpg

Bakıda keçiriləcək sərgilərdə KOB-ların məhsullarının tanıdılması üçün stend qurulacaq

Baxış sayı: 743 dəfə baxılıb.

Bakıda keçiriləcək sərgilərdə KOB-ların məhsullarının tanıdılması üçün stend
qurulacaq

KOB subyektlərinin məhsullarının tanıdılmasına dəstək məqsədilə “Caspian Agro”
və “İnterFood Azerbaijan” sərgilərində xüsusi stend qurulacaq.

Bu barədə KOBİA məlumat yayıb.

17-19 may 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan
Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq
Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri keçiriləcək.

Sərgilərdə bitkiçilik, baytarlıq, heyvandarlıq, quşçuluq və balıqçılıq
məhsulları, suvarma avadanlıqları, qənnadı, ət, meyvə-tərəvəz, süd məhsulları,
şirələr, çay, tütün və digər qida məhsulları və müvafiq sahədə xidmətlər təqdim
ediləcək.

Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki,
sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin
ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması
üçün xüsusi stend qurulacaq.

Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 7 may
2023-cü il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq
(“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Agro” və ya “İnterFood
Azerbaijan” qeyd olunmalıdır) müraciət edə bilərlər:
https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Source link