41443522-c65a-4959-bbf2-4592df6db5b6..jpg

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun növbəti qalibləri bəlli oldu

Baxış sayı: 1. 035 dəfə baxılıb.

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun növbəti qalibləri
bəlli oldu

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilərin dəstəkli at
və qadınların sərbəst hərəkətlər yarışında qaliblər bəlli olub.

“Report”un məlumatına görə, turnirin son günü keçirilən qadınların sərbəst
hərəkətlər yarışlarında Fransa təmsilçisi Marin Boyer 12.833 xalla birinci olub.

İtaliyalı Arianna Belardelli 12.800 xalla ikinci olubsa, türkiyəli Sevgi
Kayısoğlu isə 12.566 xalla bürünc medal qazanıb.

İlk dəfə böyüklərin yarışında qüvvəsini sınayan Azərbaycan təmsilçisi Nazənin
Teymurova 9.966 xalla 8-ci yeri tutub.

Kişilərin dəstəkli at yarışının qalibi Qazaxıstan təmsilçisi Nəriman Kurbanov
olub. O, 15.300 xalla bütün rəqiblərini qabaqlayıb. İrlandiyalı Ris MakKlenaqan
14.933 xalla ikinci, Albaniya təmsilçisi Matvey Petrov isə 14.766 xalla üçüncü
olub.

Turnirin son günü keçirilən yarışlarda ilk olaraq kişilərin dayaqlı tullanma
və qadınların gimnastika tiri mübarizəsində medalçıların adlarına da aydınlıq
gəlib.

Kişilərin dayaqlı tullanma yarışının qalibi Flippin təmsilçisi Karlos Edriel
Yulo olub. O, 14.933 xal toplayaraq qızıl medal qazanıb.

İkinci yeri Böyük Britaniya gimnastı Herri Hepvört tutub. Ona gümüş medal
qazanmaq üçün 14.816 xal kifayət edib.

Bu növdə sonuncu medalçı isə Honqkonq idmançısı Vay Hun Şek olub. O, 14.716
xalla bürünc medalı qazanıb.

Qadınların gimnastika tiri mübarizəsi də gərgin və maraqlı keçib.

Dünən keçirilən ilk final günündə 5 növdə qalib və medalçılar müəyyənləşib.

Qeyd edək ki, martın 9-da start götürmüş Dünya Kubokunda mübarizəyə bu gün
yekun vurulacaq.

Source link