f24baff4-d688-49fe-bc14-1d8954598b05..jpg

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Baxış sayı: 734 dəfə baxılıb.

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qəribova hökm
oxunub və o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə
alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində
aralarında yaranmış münaqişə zamanı keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü
Raminə Qəribovaya bıçaqla çoxsaylı xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla
qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Source link