8bda9b6e-dfe2-430b-b601-5bc91f96679a..jpg

Bakıda keçmiş məhkum bank yarmaq istədi – ANBAAN VİDEO

Baxış sayı: 522 dəfə baxılıb.

Bakıda keçmiş məhkum bank yarmaq istədi – ANBAAN VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı
mühafizə polisi əməkdaşları tərəfindən alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq
edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb. Ötən gecə xüsusi
texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin
Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə çevik reaksiya
göstərilib.

Bankın qapısını əlində olan dəmir alətlə qırmağa çalışan əvvəllər dəfələrlə
məhkum edilmiş paytaxt sakini Zaur İbrahimov saxlanılaraq ərazi üzrə Polis
Bölməsinə təhvil verilib. Araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin
paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının
müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.


Source link