28ced67a-d91f-464c-9bf3-9cec838e5999..jpg

Bakıda keçmiş məhkum silahla saxlanıldı – VİDEO

Baxış sayı: 654 dəfə baxılıb.

Bakıda keçmiş məhkum silahla saxlanıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda daha bir silahlı şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının
daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir
nəticəsində Masallı rayon sakini əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü
Ziya Ağayev saxlanılıb.

Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd
patron darağı götürülüb. Z.Ağayev odlu silahı bir müddət əvvəl əldə etdiyini,
lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Source link