f2ce4fd9-1317-46f3-aed4-0e47728ebb2b..jpg

Bakıda kirayədə yaşayan qadını qətlə yetirən şəxsə hökm oxundu

Baxış sayı: 830 dəfə baxılıb.

Bakıda kirayədə yaşayan qadını qətlə yetirən şəxsə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Məhərrəmova hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, E.Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən 17 il müddətinə azadlıqdan
məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Nərimanov rayonu ərazisində qeydə
alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmovun şəxsi münasibətlər zəminində
aralarında yaranmış münaqişə zamanı küt alətlə baş nahiyəsinə xəsarət yetirərək
1975-ci il təvəllüdlü Kifayət İsayevanı qəsdən öldürərək hadisə yerindən
qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə E.Məhərrəmovun olduğu yer müəyyən
edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat)
tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Source link