68b714f7-26b0-4d4a-8f02-dd1702a10ea9.jpg

Bakıda kişi avtomobildə əyləşən qadını döydü – Hadisə yerindən GÖRÜNTÜLƏR

Baxış sayı: 35 dəfə baxılıb.

Bakıda kişi avtomobildə əyləşən qadını döyüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Hadisə paytaxtın Hüseyn Cavid prospektində qeydə alınıb. Belə ki, yolun
kənarına park edilən avtomobildə kişi və qadın arasındakı mübahisə dava ilə
nəticələnib. Bu zaman kişi sükan arxasından düşərək qadını vurmağa başlayıb.
Daha sonra onlar yollarına davam ediblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı
İbrahim Əmiraslanlı bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

Source link