Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
“99 HS 630” dövlət nömrə nişanlı, “Mercedes GL-550” markalı avtomobilin sürücüsü Yolçu Şükürov Buzovna qəsəbəsində Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurub.
Qadın aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.