Bakıda kişi özünü yandıraraq intihara cəhd edib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə 4 mart tarixində Bakının Həzi Aslanov qəsəbəsində baş verib.
Belə ki, bazar günü saat 12:30 radələrində paytaxt sakini Bəhruz Zeynalov hər kəsin gözü qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
İntihara cəhdin qarşısı alınıb. Zeynalov müxtəlif bədən xəsarətləri ilə 5 saylı xəstəxanaya çatdırılıb.
Məlum olub ki, Zeynalovun intihara cəhd etməsi onun 1500 manat əməkhaqqının verilməməsi ilə bağlı olub.
Qeyd edək ki, Zeynalov “Elat” MMC-də işləyib.
Ülvi Kərimov
www.ÇıxışYolu.Com