b2d9abf8-be41-47ae-bf29-11c73cddaaaa.jpg

Bakıda kişi qətlə yetirildi: Arvadı saxlanıldı

Baxış sayı: 43 dəfə baxılıb.

Oktyabrın 24-də saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı
il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə Xətai Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları
mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə
küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində
sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən
sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.

Source link