Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını yandırdı

Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını yandırdı

Baxış sayı: 3. 574 dəfə baxılıb.

Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını yandırdı

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində dəhşətli hadisə baş verib. 

ÇıxışYolu.Com xəbər verir ki, 1981-ci il təvəllüdlü Ceyhun Firuz oğlu Xudabaxışov qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Raziyə Arif qızı Aslanovanın başından zərbə vurduqdan sonra onun üzərinə benzin tökərək yandırıb. 

Ağır dərəcəli bədən xəsarəti alan qadın 5 saylı xəstəxanaya çatdırılıb. 

Səhiyyə Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, qadın bədəninin müxtəlif hissələrində 1-2-ci dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur. 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Samir İsayev