Bakıda kişi qonşusunu öldürdü, qızıllarını oğurladı

Bakıda kişi qonşusunu öldürdü, qızıllarını oğurladı

Baxış sayı: 2. 803 dəfə baxılıb.

Bakıda kişi qonşusunu öldürdü, qızıllarını oğurladı

Bakıda naməlum şəraitdə törədilmiş qətlin üstü açılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, aprelin 17-də Xəzər rayonunun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. 

K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib. Həmin əşyalar götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib. 

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

İlhamə Əbülfət