Bakının Sabunçu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, qətlin qurbanı 1984-cü il təvəllüdlü Günel Bağırova olub.
Polis İdarəsindən verilən məlumata görə, qətl hadisəsi 6 sentyabr tarixində, gecə saatlarında baş verib. 1988-ci il təvəllüdlü Hüseynov Xaləddin Dilqəm oğlu qadının boğazını kəsib.
Bundan başqa, mərhumun meyitində bir neçə bıçaq izi də var. Hüseynov cinayəti törətdikdən sonra polisə müraciət edib.
Saxlanılan şəxs qətli qısqanclıq zəmnində törətdiyini etiraf edib. O, qətlə yetirdiyi qadınla yaxın münasibətdə olub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ramella İbrahimxəlilova