e9b306eb-585d-4281-9399-ee28527613cc..jpg

Bakıda kişi ürəyindən bıçaqlanaraq qətlə yetirilib – YENİLƏNİB

Baxış sayı: 618 dəfə baxılıb.

Bakıda kişi ürəyindən bıçaqlanaraq qətlə yetirilib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində
1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlinin kəsilmiş-deşilmiş
xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə
şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

09:30

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsində bir nəfər ölüb.

“Report”un məlumatına görə, rayonun Bakıxanov qəsəbəsində dava zamanı Səbuhi
Əhmədli bıçaqlanaraq qətlə yetirilib.

Qeyd edək ki, 25 yaşlı kişiyə ürək və kürək nahiyəsindən bıçaq zərbəsi vurulub.

Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır.

Source link