d458d86c-1974-496a-a910-9d36eb806ca5.webp

Bakıda köməkçi tikilidə və qarajda yanğın olub: Xəsarət alan var

Baxış sayı: 46 dəfə baxılıb.

Bakıda köməkçi tikilidə və qarajda yanğın olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.

Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 192 m² olan birmərtəbəli mansard
tipli (1-ci mərtəbədə 1 otaq, qaraj, qazanxana və mətbəx yerləşir) köməkçi
tikilinin mansardının yanar konstruksiyaları 96 m² sahədə, 1-ci mərtəbəsinin
yanar konstruksiyaları 78 m² sahədə, qarajın içərisində “Volkswagen” markalı
minik avtomobilinin yanar hissələri, 1 ədəd “Golf Car” avtomobili, 1 ədəd
skuter və 1 ədəd generator yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və
yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Source link